"DGK-nın da bu məsələdə operatorlara və daşıyıcı şirkətlərə yardımçı olacağına inanıram" "DGK-nın da bu məsələdə operatorlara və daşıyıcı şirkətlərə yardımçı olacağına inanıram"

Xaricdən əsgərlərimizə göndərilən bağlamalar pulsuz çatdırılsın - TƏKLİF

"DGK-nın da bu məsələdə operatorlara və daşıyıcı şirkətlərə yardımçı olacağına inanıram"

“Azərpoçt xaricdən əsgərlərimizə göndərilən bağlamanı pulsuz çatdıra bilərmi? Xaricdə yaşayan vəmvətənlərimiz orduya necə dəstək ola bilərlər? Onlar əsgərlər üçün, ordumuz üçün xaricdən müxtəlif bağlamalar göndərmək istəyirlər. Bunun hansı formada gerçəkləşdiriləcəyi ilə bağlı suallar verirlər”.

AzNews.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz sosial mediada xaricdə yaşayan həmvətənlərimizin bununla bağlı paylaşımlarına rast gəldiyini qeyd edib.

O, bildirib ki, dövlət operatorları olan Azərpoçt və beynəlxalq daşıma şəbəkəsinə malik olan AzərExpressPoçt (EMS) xaricdən bu məqsədlə gödərilən bağlamaların daha asan çatdırılıması üçün Dövlət Gömrük Komitəsi ilə birgə mexanizm hazırlaya bilərlər:

“Fikrimcə dövlət operatorları əsgərlər və ordu üçün göndərilən bağlamaların daşıma və çatdırılma xərclərini öz üzərinə götürə bilərlər. Yəni, xaricdə yaşayan hər bir vətəndaşımıza hansısa poçt xidmətinə müraciət edərək bağlamanı bizim operatorlar hesabına göndərilməsi imkanı yaratmaq çox faydalı olardı. Özəl operatorlar xaricdən bu məqsədlə göndərilən bağlamalara güzəştlər tətbiq edə bilərlər.

Güman ki, xaricdən bu məqsədlə bağlama göndərmək istəyənlərə göndərilən bağlamaların konkret hansı ünvana çatdırılacağı, əsasən hansı əşya-malların göndərilə biləcəyi haqqında və şəffaf çatdırılma-daşıma mexanizmi ilə bağlı informasiyalara ehtiyac olacaq.

DGK-nın da bu məsələdə operatorlara və daşıyıcı şirkətlərə yardımçı olacağına inanıram. Bu məqsədlə daşıyıcı şirkətlər, o cümlədən Azərpoçt , AzərExpressPoçt və DGK tərəfindən öncədən açıqlamanın verilməsi də doğru və faydalı olardı”.

Səidə

AzNews.az