Bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb Bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb

Allahşükür Paşazadə təşəbbüslə çıxış etdi

Bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 9 iyun tarixində KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Tərəflər şurası və Direktorlar şurasının videokonfrans formatında keçirilən birgə sessiyasında iştirak edib.

Bu barədə AzNews.az-a QMİ-nin Mətbuat Xidməti məlumat verib.

Shanti Ashram təşkilatının direktoru Dr. Kezevino Aramın sədrliyi ilə keçən sessiyada Şeyxülislam A.Paşazadə ilə bərabər, Direktorlar Şurasında təmsil olunan Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Dr. Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist təşkilatının Prezidenti Koşo Nivano, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Dr. Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, habelə Beynəlxalq Mərkəzin Baş Katibinin müavini Alvaro Albacete iştirak ediblər.

Tədbirdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə son günlər Hindistanda pandemiyadan çoxsaylı ölüm halları ilə bağlı başsağlığı verib və dualar edib ki, Allah-Təala yaxın zamanda bəşəriyyəti COVİD-19 bəlasından xilas etsin.

Gündəlikdə duran, müzakirə olunan məsələlər barədə öz fikirlərini və tövsiyələrini onlayn sessiya iştirakaçılarının diqqətinə çatdıran QMİ sədri A. Paşazadə KAICIID nəzdində müxtəlif regionları təmsil edən dini liderlər şurasını təsis etmək təşəbbüsü ilə çıxış edib. Təşəbbüs iştirakçılar tərəfindən müsbət dəyərləndirilib.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə pandemiya şəraitinə baxmayaraq KAİCİİD təşkilatının proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətlə vurğulayıb və Azərbaycanda bu istiqamətdə görülən işlərdən bəhs edib. Birgə sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr qeyd olunub.