"Artıq yeni səhifə açırıq" "Artıq yeni səhifə açırıq"

Mübariz Mənsimov iş başında - FOTOLAR

"Artıq yeni səhifə açırıq"

Palmali Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov ev həbsi üzərindən götürüldükdən sonra ilk gün işə çıxdı.

AzNews.az xəbər verir ki, bu barədə Fidan Quliyeva feysbukda paylaşım edib:

O bildirib ki, Palmali Şirkətinin əməkdaşları M. Mənsimovu şirkətin girişində alqışlayaraq qarşılayıb.

"Mübariz Mənsimov təntənəli qarşılanmanı görüb gülümsədi və ilk sözü "Hayırdı? Hadi, iş başına" oldu. Deyilən qurban kəsildi. Palmali logolu tort kəsildikdən sonra Mübariz Mənsimov işə donüşü ilə əlaqədar əməkdaşların qarşısında çıxış etdi.

"Hamınıza tək-tək təşəkkürlər. Sizlər bu şirkətin qalasısınız. 350 gün nələr yaşadığınızı bilirəm. Allah sizlərdən razı olsun. Artıq yeni səhifə açırıq. Durmaq yoxdur! Yola davam! Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram, daha yaxşı günlər bizi gözləyir. Sizin hamınızı sevirəm. Bu müddət ərzində çətinliklərə baxmayaraq yanımda qaldığınıza və şirkəti buraxmadığınıza görə sizlərə təşəkkür edirəm. Tam gücümüzlə işə sarılmalı və Palmalinin problemlərini həll etmək üçün əlimizdən gələni etməliyik. Mən inanıram ki, çox qısa bir zamanda biz buna nail olacayıq. Yanımda olan, problemlərə sinə gərən gəmiçilərim başda olmaqla hər birinizə təşəkkürlər!"

Bunları deyərək Palmali Şirkətlər Qrupunun sahibi, xeyriyyəçi iş adamı öz otağına, işinin başına keçdi"

image description image description image description image description image description image description image description image description image description