Övladları Hüseyn Asif oğlu Əsgərli Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın ən gənc üzvü oldu Övladları Hüseyn Asif oğlu Əsgərli Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın ən gənc üzvü oldu

QHT-çi ailənin daha bir uğuru

Övladları Hüseyn Asif oğlu Əsgərli Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın ən gənc üzvü oldu

İyulun 17-də “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil edilən seçkidə qeydə alınmış 43 vətəndaş cəmiyyəti institutunun namizədləri arasında keçirilmiş seçkidə 123 təşkilat səs vermədə iştirak edib.

Səslərin sayılması zamanı 3 seçki vərəqəsi etibarsız hesab edilib. Gərgin keçən mübarizə nəticəsində son 3 şəxs eyni səs topladığı üçün onlar arasında püşkatma keçirilib və yekun olaraq aşağıdakı şəxslər qalib elan olunublar:

Onu da qeyd edək ki, “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyindənnamizədliyi irəli sürülmüş Hüseyn Asif oğlu Əsgərli ictimai şuranın ən gənc üzvü olub.

Əlavə olaraq bildirək ki, Hüseyn Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli ilə Gülnarə Bağırovanın övladıdır.