İctimai Şuraların inkişafı üçün zəruri şərait yaradılacaq İctimai Şuraların inkişafı üçün zəruri şərait yaradılacaq

Vüsal Quliyev: İctimai Şuraların inkişafı üçün zəruri şərait yaradılacaq

İctimai Şuraların inkişafı üçün zəruri şərait yaradılacaq

QHT.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təşkil edilən təlimlərin bağlanış mərasimində bildirib.

Vüsal Quliyev yekun təlimdə çıxış edərək, müasir dövrdə ictimai şuraların əhəmiyyətini, xüsusilə dövlət qurumlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasında onların rolunu qeyd edib. Bildirib ki, ictimai şuralar vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prossesinin vacib institutlarından birinə çevrilməkdədir.

Səmərəli ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsinə toxunan V.Quliyev dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuraların əhəmiyyətli rolunu qeyd edib. O, dövlət qurumlarında ictimai şuraların şəffaf və səmərəli fəaliyyətinin genişləndirilməsinin aktuallıq kəsb etdiyini vurğulayaraq, onlara müvafiq dəstəyin göstərilməsinin, eləcə də ictimai şuraların fəaliyyəti nəticəsində əldə olunan nəticələrin ümumiləşdirilməsini və ictimaiyyətə təqdim olunmasının zəruriliyini bildirib.
V.Quliyev dövlət orqanları ilə QHT sektorunun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığının vətəndaş cəmiyyətinin inkişafı, ictimai iştirakçılığın təmin olunması, habelə milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Agentlik tərəfindən keçirilən silsilə təlimlərin mövcud ictimai şuraların işinə böyük töhvə verdiyini bildirərək, bu təsisatların inkişafı üçün zəruri şərait yaradılacağını vurğulayıb.