2022-23-ci ilin ov mövsümü yekunlaşmaq üzrədir. Bu ilin ov mövsümünün necə keçməsi ilə bağlı əməkdaşımız Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Qorxmaz İbrahimli ilə söhbət edib. Müsahibəni təqdim edirik: 2022-23-ci ilin ov mövsümü yekunlaşmaq üzrədir. Bu ilin ov mövsümünün necə keçməsi ilə bağlı əməkdaşımız Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Qorxmaz İbrahimli ilə söhbət edib. Müsahibəni təqdim edirik:

"Ovçular bəzən ov yox, qətliam edirlər"- ETSN yanında İctimai Şura üzvü

2022-23-ci ilin ov mövsümü yekunlaşmaq üzrədir. Bu ilin ov mövsümünün necə keçməsi ilə bağlı əməkdaşımız Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Qorxmaz İbrahimli ilə söhbət edib. Müsahibəni təqdim edirik:

- Cənab İbrahimli, hazırda ov mövsümü necə gedir?

- Artıq heyvanların kürsək, quşların yumurtaya oturan vaxtıdır. Hesab edirəm ki, ovlanma artıq dayanmalıdır. Fevralın 26-da ov mövsümü dayanacaq. Ümumiyyətlə, ovun hər quş və heyvan növünə görə bir mövsümü var. Mövsümün açılışı və qapanışı bu baxımdan şərtidir. Məsələn, dovşan ovu yanvarın 8-dən etibarən dayanıb. Bildirçin ovu isə lap qısa olur. Oktyabrda başlayır, noyabrda yekunlaşır. Təəssüflər olsun ki, Azərbaycanda uzun müddət bu hal gözlənməmişdi.

- Bir ara ovçulara verilən biletlərdə qıtlıq yarandı və ETSN yenidən kvota ayırdı. Bu onun göstəricisidirmi ki, Azərbaycanda qanunsuz ova qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi uğurlu fəaliyyət göstərib?

- Bəli, indi ovla bağlı qanuni çərçivələr müəyyən olunub. Bunu mən də dəstəkləyirəm. Hər zaman belə olmalıdır. İnsanlar ova gedəndə qanuni şəkildə icazə almalıdırlar. Qanunsuz ova qarşı aparılan mübarizə nəticəsində qeyri-qanuni ova çıxanlar artıq müvafiq bilet alırlar. Bu da dediyiniz vəziyyəti yaratdı. Qabaqlar ovçuluq idarəsi var idi, amma qaydalar dəqiq müəyyənləşməmişdi. Amma bu nəzarət ETSN VƏ DİN-in tabeliyinə keçdikdən sonra tələblər əsasında qanuni çərçivə məüyyən edilib.

- Sosial şəbəkələrə göz gəzidərəndə məlum olur ki, ovçular daha çox "Sarısu" Ovçuluq Təsərrüfatəndan narazılıq edirlər. Bildirirlər ki, rəsmi icazə alsalar da, ov zamanı bəzi problemlər yaşayırlar. Ovçuluq təsərrüfatının hazırda hüquqi statusu necədir?

- Doğrusu, mən ovçuluq təsərrüfatları üzrə mütəxəssis olmadığıma görə məsələnin təsərrüfatı ilə bağlı danışa bilməyəcəm. Amma onu deyə bilərəm ki, ovçuluq təsərrüfatları ilə bağlı ETSN hərəkətə keçməlidir. Bu sahənin inkişafına ehtiyac var.

- Azərbaycanda hər il ərəb ölkələrindən gələn turistlərin qanunsuz ovu ilə bağlı qalmaqallar yaşanırdı. Amma bu il belə xəbərlərə az rast gəldik. Sizcə, bu, nəyin göstəricisidir?

- Razıyam. İllərdir Azərbaycanın ərazisində ərəb ölkələri ilə yanaşı, digər ölkələrdən də xarici turistlər qeyri-qanuni ovla məşğul olublar. Şübhəsiz ki, ötən il ictimaiyyətə geniş məlumatlar ötürülməsi, dövlətin bu məsələni ciddi nəzarətə alması nəticəsində eyni hallar bu il baş vermədi.

- Digər ölkələrdə ovçuluq xüsusi turizm sahəsi kimi yaxşı gəıir gətirir. Azərbaycanda isə ov tiurizmi qənaətbəxş səviyyədə deyil. Ov turizimini inkişaf etdirmək üçün nələr etmək lazmdır?

- Uzun müddət Naxçıvan MR-da ovlanma qadağan olub. Bir dovşana belə güllə atmaq qadağan idi və bunu edən şəxslər cinayət məsuliyyətinə cəlb olunurdular. Bəli, bu hallar normal hesab olunmurdu. Ümumiyyətlə Azərbaycanda ov turizmini yaratmaq üçün bələdiyyələrimizi inkişaf etdirməliyik. Xüsusən ova nəzarət edən komissiyalar yaradılmalıdır. Sistemli şəkildə ovlanma prosesi yoluna qoyulmalıdır. Bu da var ki, ovçular bəzən ov etmir, qətliam edirlər. 2 quş yerinə 50 quş vururlar. Ona görə bu məsələlər xüsusi nəzarət tələb edir.

- DİN-in məlumatlarından da görürük ki, demək olar ki hər həftə ölkəmizdə qanunsuz ov silahları müsadirə olunur. Bu qanusuz ov silahlarının leqallaşdırılması ilə bağlı ictimai kampaniyaya ehtiyac varmı?

- Əlbəttə, çox ehtiyac var. Deyək ki, DİN bir vətəndaşda ov silahı aşkar edirsə, ilk olaraq müəyyən edilməlidir ki, o bu silahı necə əldə edib? Əgər bu silah vətəndaşda sovet dövründən, ata-babadan qalmadırsa, bunun leqallaşdırılmasınn bir yolu tapılmalıdır. Vətəndaşın bu silahdan istifadə etməyə haqqı olmalıdır. Bəlkə də bu silah vətəndaşın illərdir saxladığı yadigardır. Silahı həmin şəxsdən müsadirə etmək yerinə, həmin şəxsin adına qanuni sənədləşdirməyə şərait yaradılmalıdır. Yox, şəxs qanunsuz ovla məşğuldursa və silahını gedib leqallaşdırmırsa, həmin silah müsadirə olunmalı və lazımi cəza tətbiq edilməlidir.

- Ümumiyyətlə, Sizcə Azərbaycanda ovçuluq mədəniyyəti nə qədər yüksəkdir?

- Ovçuluq bir mədəniyyətdir. Bu mədəniyyət irsən formalaşır. Təhsilin, məlumatlılığın da bu istiqamətdə rolu böyükdür. Mən deyərdim ki, təhsil haqqında normal bir konsepsiya formalaşmalıdır. Məktəblilərin dərsliklərində ekoloji mədəniyyət, bunun tərkibində ovçuluqla bağlı biliklər erkən yaşlarından insanlara aşılanmalıdır. Əsas məsələ insanların təbiətə münasibətidir.

- Bəs balıq ovu sahəsində vəziyyət necədir? Çünki balıq ovuna gedən şəxslər şikayətlənir ki, xüsusi tor və elektrik vasitəsilə balıqların kökü ölkədə kəsilir və adi istirahət məqsədilə ova gedəndə belə tilovu boş qayıdırlar...

- Dağ çaylarında uzun müddət dinamitlə balıq ovlamaq, elektriklə balıq ovlamaq nəticəsində xeyli balıq növlərinin nəsli kəsildi. O cümlədən də dənizdə müxtəlif üsullarla balıq ovlamaqla, balıqların nəsli kəsilməyə başladı. Balıqlar kürü verəndə ovlana bilməz. Bu qanunla qadağandır. Sentyabr ayında isə, mədəniyyət şəklində balıq ovu başlanmalıdır. Məsələn, Türkiyədə qarmaqla balıq ovlamaq qadağan deyil. Amma suya dinamit atsan, elektrik buraxsan, ən ağır cəza ilə üzləşərsən. Yüzlərlə, minlərlə balığı öldürüb, bir neçəsini götürüb getmək nə dərəcədə düzgündür? Bu, artıq mədəniyyətsizlikdir və cinayətdir. Ona görə balıq ovu da ciddi və xüsusi nəzarətə götürülməlidir.

Aynur HÖKMÜRƏVAN,

AzNews.az