Deputat Xocavənddəki terrorda həlak olanlara rəhmət diləyib

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Xocavənddə erməni terroru nəticəsində həlak olan polislərə və mülki vətəndaşlara Allahdan rəhmət diləyib.

Aznews.az xəbər verir ki, başsağlığında deyilir:

"Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilmiş terror aktı nəticəsində həlak olan polis əməkdaşlarımıza və mülki vətəndaşlarımıza Uca Yaradandan rəhmət diləyirəm. Allah rəhmət eləsin".