Orxan Fikrətoğluna yeni vəzifə verilib

Yazıçı-jurnalist Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən təyin olunub.

Bu barədə müvafiq əmr imzalanıb.

O, artıq vəzifəsinin icrasına başlayıb.

O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxamaqla bağlı ərizə yazmışdı. Onun ərizəsi qəbul olunub və vəzifədən azad olunması barədə əmr imzalanıb.