"Neftçi"nin sabiq rəsmisi Basketbol Federasiyasında icraçı vitse-prezident olub

Azərbaycan Basketbol Federasiyasında yeni təyinat reallaşıb.

ABF-nin mətbuat xidmətindən verilən məlumata görə, Fərrux Mahmudov qurumda icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Fərrux Mahmudov mayın 31-də "Neftçi"də baş icraçı direktor vəzifəsindən ayrılıb.