- Üçüncü sektor
- 16 Noyabr 2018 09:55
- 5 719
Hacı Nuran niyə xərçəng oldu? - Özü açıqladı
Aparıcı Nuran Hüseynov xərçəng xəstəliyinə tutulmasından danışdı
AzNews.az xəbər verir ki, aparıcı xərçəngi anasının ölümündən sonra tapdığını deyib:
“15 noyabr... Mən bu tarixi heç sevmirəm. Amma tarixin də günahı yoxdur. İnsan gəldiyi və getdiyi günü də sevməlidir. Bir neçə il öncə anam üzün sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. O vaxtdan mən tək qaldım. Və hələ də bu ayrılığın sonuna tələsirəm. Sonra da fikirdən, stresdən özüm də bu xəstəlikdən tapdım. Allaha şükürlər olsun, mən müalicə olunuram, amma anamı nə qədər müalicə etdirsək də xilas edə bilmədik.
Ana haqqında nə yazılsa azdır, kaş ki, tarixi geri çəkmək gücüm olaydı. Rahat yat, sevimli anam. Səndən bir də olmayacaq”.
Bahar RÜSTƏMLİ
AzNews.az