- Üçüncü sektor
- 12 Sentyabr 2019 14:54
- 3 693
Stiven Kinqin yeni romanı əsasında serial çəkiləcək
Serialın ekranlara nə vaxt çıxacağı və digər təfərrüatlar açıqlanmır
Amerika yazıçısı Stiven Kinqin “İnstitut” adlı yeni romanı əsasında mini serial çəkiləcək.
“Qazeta.ru”ya istinadla xəbər verilir ki, bu barədə məlumatı “Variety” yayıb.
Məlumatda deyilir ki, filmin ssenari müəllifi tamaşaçılara “Böyük kiçik yalan” serialından tanış olan Devid E.Kelli, rejissoru “Taxt-tac oyunları”nın altıncı mövsümünün bir neçə epizodunu çəkmiş Cek Benderdir.
Lakin serialın ekranlara nə vaxt çıxacağı və digər təfərrüatlar açıqlanmır.
Kinqin yeni romanı satışa sentyabrın 10-da çıxıb. Süjetin əsasında 12 yaşlı Lyuk Ellisin əhvalatı durur. Valideynləri öldürülən Lyuku zorla superistedadlı uşaqlar üzərində təcrübə aparılan “institut”a yerləşdirirlər. (Azərtac)