- Üçüncü sektor
- 28 Dekabr 2024 12:35
- 14 136
Medianın İnkişafı Agentliyi müsabiqə nəticələrini açıqladı - "AzNews" qaliblər arasında
![](https://www.aznews.az/storage/2024/12/28/media_445.jpg)
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri elan olunub.
Qalib onlayn media subyektləri arasında AzNews.az analitik-informasiya portalı da var.
Bu münasibətlə oxucularımızı təbrik, Medianın İnkişafı Agentliyinə təşəkkür edirik.
İnanırıq ki, yeni təqvim ilində Azərbaycanın ən başlıca analitik-informasiya portalı olaraq birlikdə yeni uğurlara imza atacağıq.
AzNews.az