“İmkanları məhdud olan bələdiyyələrin borclarını silmək lazımdır”. “İmkanları məhdud olan bələdiyyələrin borclarını silmək lazımdır”.
  • Tribuna
  • 14 Noyabr 2018 12:50
  •  2 838

“Hesablarına pul gələn kimi silinir...” - Arif Rəhimzadə

“İmkanları məhdud olan bələdiyyələrin borclarını silmək lazımdır”.

“Bir çox bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borca görə hesabları bağlıdır. Ona görə də onlara nə pul gəlir, nə də istifadə edirlər. Hesaba pul daxil olan kimi silinir”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədri bildirib ki, dotasiya hesabına bu məsələ həll olunarsa, bələdiyyələrin fəaliyyətində yaxşı dönüş yaratmaq olar.

“İmkanları məhdud olan bələdiyyələrin borclarını silmək lazımdır. Bu, həm də bələdiyyələrin gələcək inkişafı üçün şərait yaradır”.

Elgün
AzNews.az