“15 iyul hadisələrində Azərbaycan Türkiyəyə dəstək verdi”

"Həmin hadisədə şəhid olanları hörmətlə anırıq"

"2016-cı ilin iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd zamanı millət iradəsini ortaya qoydu. Dövləti bölüb parçalamağa çalışan xainlər buna nail ola bilmədilər".

Bunu Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümünə həsr edilən "Demokratiya zəfəri" adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"Həmin hadisədə şəhid olanları hörmətlə anırıq. 15 iyul hadisələrində Azərbaycan xalqı, hökuməti Türkiyəyə dəstək verdi. Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizədə də dəstəyini əsirgəmədi. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm", diplomat əlavə edib.

Səfir bildirib ki, türk millətinin iradəsinə qarşı kimsə çıxa bilməz: "Türk milləti birlikdə güclüyük. Dini, siyasi dünya görüşü fərqli olmasına baxmayaraq hər kəs birlikdə olmalıdır. O zaman daha güclü, qüdrətli olacağıq".(report.az)

AzNews.az