Paşayeva yeni baş nazirdən yazdı

Əli müəllim sadə və səmimi ziyalıdır

Dəyərli ziyalı, iqtisadiyyat sahəsində yüksək səviyyəli peşəkar və alim Əli Əsədov ölkəmizin yeni Baş naziri oldu.

Bunu millət vəkili Qənirə Paşayeva qeyd edib. O, Ə.Əsədovu uzun illər tanıdığını bildirib:

“Ümummilli liderimiz Heydər Əliyevin səfərlərində tez-tez iştirak edən jurnalistlərdən biri kimi bu səfərlər çərçivəsində Əli müəllimlə dəfələrlə ölkəmizlə bağlı maraqlı söhbətlərimiz olub.

Millət vəkili seçildiyim dövrdən bu yana vətəndaşlarımızı maraqlandıran, narahat edən bəzi məsələlərlə bağlı nə zaman müraciət etsək, diqqətlə dinləyib və həssaslıqla yanaşıb.

Əli müəllim sadə və səmimi ziyalıdır.

Cənab Prezidentimizin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən önəmli işlərdə Əli müəllimə Baş nazir kimi uğurlu fəaliyyət diləyir və təbrik edirik!”. (Axar.az)