Nazim Bəydəmirli Bərdə məhkəməsindən də tullana-tullana getdi

Taleh Şahsuvarlı: “Xədicənin mənəvi qardaşını çıxdığı yerə qədər qovuram, yenə pırtlayır”

"İki uzunqulağın arpasını bölə bilməyən, iqtisadiyyat üzrə ali təhsili olmayan, italyan dilini bilmədiyi halda dissertasiyasında italyanca mənbələrdən götürülmüş sitatlara yer vermiş “iqtisadçı”, el arasında Xədicənin mənəvi qardaşı kimi “şərəfli” bir statusa malik olan Nazim Bəydəmirlinin barəmdə qaldırdığı iddia Bərdə rayon məhkəməsi tərəfindən bu gün rədd edilib”.

Bu baradə AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı məlumat verib.

Taleh Şahsuvarlının sözlərinə görə, üç ildir davam edən məhkəmə prosesi, nəhayət, Nazim Bəydəmirlinin darmadağın olması ilə yekunlaşıb:

“2016-cı ildə qısa müddət ərzində baş redaktoru olduğum Tezis.az saytında bir analitik redaksiya məqalə yayınlanmışdı. Doğrusu, həmin yazının müəllifi heç mən deyildim. Hətta həmin yazı yayımlanan günlərdə şəxsi problemlərimlə bağlı heç saytla məşğul ola da bilmirdim. Ancaq heç bir təhqir, aşağılayıcı ifadə, böhtan və işgüzar nüfuza xələl gətirə biləcək bir ittiham olmadığı halda, Nazim Bəydəmirli həmin yazının müəllifi qismində barəmdə iddia qaldırmışdı. İddia o qədər savadsız, cəfəng və sarsaq hazırlanmışdı ki, üç il ərzində göndərilmədiyi məhkəmə qalmadı. Səbaildə, Bakı Apelyasiya Məhkəməsində, Ali Məhkəmədə bəzi vəsatətlərimizə baxıldıqdan sonra, işin mənim daimi qeydiyyatda olduğum Bərdə rayonunun məhkəməsinə göndərilməsini tələb etmişdim. Bu vəsatətim təmin olunmuşdu. Təsəvvür edin ki, iddiaçı bir neçə dəfə məhkəməyə gəlmədiyi üçün- mən də getmədiyimdən- orada da iş dəfələrlə baxılmamış saxlanılmışdı. Amma hər dəfə məhkəməyə gəlməməsinin səbəbini müxtəlif bəhanələrlə izah edərək prosesi yenidən bərpa edirdi. Doğrusu, onun bu iddiası heç bir hüquqi əsasa malik deyildi, məndə ancaq gülüş doğururdu. Sadəcə, məni şantaj etməyə, vaxtımı almağa, haqqında yayımladığımız konkret faktlara söykənən ifşaedici materiallardan sonra “məhkəməyə vermişəm” deyib özünü sığortalamağa, Cəmil Həsənliyə, Xədicə İsmayıla, Mehman Əliyevə, Gültəkin Hacıbəyliyə xoş görsənməyə xidmət edirdi. Odur ki, Bərdə rayon məhkəməsinə poçtla yazılı vəsatət göndərdim, işin hüquqi hallarına aydınlıq gətirdim. Növbəti iclas bu günə təyin edilmişdi. Bir qədər əvvəl Bərdə rayon məhkəməsinin dəftərxanasına zəng edib nəticə ilə maraqlandım. Bildirildi ki, vəkilinin iştirakı ilə bu gün keçirilmiş iclasda hakim Bəydəmirlinin iddiasını rədd edib”.

Baş redaktor vurğulayıb ki, Nazim Bəydəmirli bu cür vicdansızca qaldırılmış iddiaların arxasında gizlənərək öz Facebook profilində dəfələrlə onu təhqir edib:

“İndi Nazim Bəydəmirlinin həmin təhqirlərə görə məhkəmədə cavab vermək, üzr istəmək, təzminat ödəmək zamanıdır. Bərdə rayon məhkəməsinin qətnaməsini rəsmi şəkildə aldıqdan sonra onunla bağlı hüquqi tədbirlərə başlayacam. Bir neçə dəfə onu çıxdığı yerə dürtmüşəm, buna artıq bütün cəmiyyət şahiddir. Bərdədən də onu düz çıxdığı yerə qədər qovdum. Bundan sonra pırtlayıb yəqin apelyasiya məhkəmələrində peyda olacaq. Özü bilər. Ancaq hazırlaşsın, məşq eləsin, çıxdığı yerdə- yəni daimi qeydiyyatda olduğu rayonun məhkəməsində tezliklə dizini yerə qoyub məndən üzr istəməli, əfv diləməli olacaq!".

AzNews.az