"Aya Sofya 532-537-ci illərdə Roma imperatoru birinci Justinianın sərəncamı ilə tikilib" "Aya Sofya 532-537-ci illərdə Roma imperatoru birinci Justinianın sərəncamı ilə tikilib"
  • Tribuna
  • 12 İyul 2020 19:09
  •  10 947

"Əslində Aya Sofyanın ibadət üçün açılması..."

"Aya Sofya 532-537-ci illərdə Roma imperatoru birinci Justinianın sərəncamı ilə tikilib"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyədə Ayasofya muzeyinin məscidə çevrilməsindən sonra yaranmış durumu Moderator.az-a şərh edib:

- Qüdrət bəy, ABŞ prezidentliyinə namizəd Cozef Bayden Aya Sofyanın muzey statusunun qaytarılması çağırışı ilə Türkiyə prezidentinə müraciət edib. Ümumiyyətlə Aya Sofyanın məscidə çevrilməsi və Baydenin müraciəti barədə nə deyə bilərdiniz?

- Aya Sofya 532-537-ci illərdə Roma imperatoru birinci Justinianın sərəncamı ilə tikilib və 1453-cü ildə Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən Konstantinopol fəth olunana qədər yunan ortodoks kilsəsi kimi fəaliyyət göstərib. Həmin tarixdən Ayasofiya 1935 - ci ildə muzeyə çevrilənə qədər məscid kimi fəaliyyət göstərib. Xristian ölkələrindəki bütün qədim, tarixi kilsələr həm də muzey kimi fəaliyyət göstərir, yalnız ibadət zamanı turistlərin üzünə bağlanır. Ərdoğan da Aya Sofyanın məscidə çevrilməsi barədə verdiyi açıqlamada dedi ki, məscid irqindən, dinindən, milliyətindən asılı olmayaraq hamımın üzünə açıq olacaq. Əvvəllər turistlər muzeyə girmək üçün pul ödəyirdilərsə indi giriş pulsuz olacaq. Sadəcə bəzi antitürk, antiislam dairələr bundan sui-istifadə edib Türkiyə əleyhinə qara piar kampaniyası aparır.
Baydenin müraciəti də bu xarakterlidir. Onu biz Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edən 1992- ci ilin dekabrında qəbul olunmuş "Azadlığa Dəstək Aktına" 907-ci düzəlişin müəllifi və onun qüvvədə qalması üçün çalışan birisi kimi tanıyırıq. Hazırda o prezidentliyə namizəd kimi erməni və yunan diasporasının, o cümlədən islamafob "xristian təəssübkeşlərinin" dəstəyini qazanmaq üçün özünün daxili simpatiyasını nümayiş elətdirir. Amma bu cür müraciətlərlə müstəqil və xarizmatik lider olan Ərdoğanın qərarını dəyişəcəyini gözləmək illüziyaya qapılmaqdan başqa bir şey ola bilməz. Əslində Aya Sofyanın ibadət üçün açılması bütün dindarları sevindirməlidir, çünki kilsə və məscid olmasından asılı olmayaraq o Allahın evi statusunu qaytarır və orada dinindən asılı olmayaraq insanlar Allaha dua edəcək. Allah bizim də xalqımızın dualarını qəbul etsin, torpaqlarımızı azad edək. Amin!