Erməni mənəviyyatı, erməni kökü, erməni xisləti

O “matruşka”ları bir-bir açanda ən sonda ortalığa bapbalacası, parçalanmayanı çıxır ha, bax bunların da erməniliyi həmin o parçalanmayan kiçicik matruşka kimidi, ən sonda görünür

Sevinc Osmanqızı, Əli Kərimli, Arif Məmmədov və digərlərinin Ermənistanın, erməni diasporunun maraqlarını ifadə edən, təcavüzkar ölkənin və onun siyasi rəhbərliyinin müdafiəsinə həsr olunmuş çıxışları bu şəxslərin mənəvi deqrodasiyaya uğradıqlarıyla yanaşı, etnososioloji varlıq olaraq erməniləşdiklərini, tarixi düşmənlərimizlə eyni mental xüsusiyyətləri paylaşdıqlarını ortaya qoydu...

Uzun illərdən bəri ermənilərin, onların himayəçilərinin və bu millət, xalq olmaqdan daha çox təşkilat kimi formalaşmış dönük toplumdan geosiyasi təzyiq aləti kimi istifadə edənlərin dünyaya müxtəlif vasitələrlə “demokratiya, insan hüquq və azadlıqarının carçıları” kimi təqdim etməyə çalışdıqları küyçülərin əslində elə bu gün üçün, daha dəqiq desək, Nikol Paşinyanın hakimiyyətə gətirilməsi ssenarisi ilə başlayan təxribat prosesinin tərkib hissəsi kimi “yetişdirildikləri” də gün işığına çıxdı.

Aydın oldu ki, bu xəyanət dağarcıqları məhz Azərbaycan sərhədindən başlayan, Milli Məclisin binasının ələ keçirilməsi cəhdindən xaricdə yaşayan azərbaycanlıların dinc aksiyalarına, diplomatik nümayəndəliklərə hücum edilməsinədək davam edən, son bir neçə il ərzində planlaşdırılmış total anti-Azərbaycan təxribatının ən aktiv elementləridir.
Bu zümrəyə aid olanlanların sənəd üzərində etnik mənsubiyyətindən asılı olmayaraq, hansını silkələyirsən, içindən erməni çıxır. Zahirən azərbaycanlı kimi görünürlər, amma təpədən-dırnağa, bütün varlıqları, düşüncələri, daşıdıqları mənəvi-əxlaqi “dəyərlər”lə birlikdə ən radikal ermənidən betər erməni olduqları anlaşılır. Yəqin ki, hər kəs, ömründə bircə dəfə də olsa “rus matruşkası” görüb. O “matruşka”ları bir-bir açanda ən sonda ortalığa bapbalacası, parçalanmayanı çıxır ha, bax bunların da erməniliyi həmin o parçalanmayan kiçicik matruşka kimidi, ən sonda görünür.

Əslində illərdən bəri, xüsusi siyasi texnologiyalarla Azərbaycanın “barışmaz”, “radikal demokratları”, “insan hüquq və azadlıqlarının möhtəşəm müdafiəçiləri” kimi dünyaya sırınan bu vətən xainlərinin bir hissəsinin ermənilərlə təkcə mənəvi bağları deyil, həm də qan qohumluqları var. Hər dəfə ifşa olunanda “matruşka” kimi “qabıq” atırlar, gah “demokrat”, gah “teokrat”, gah “neobolşevik”, gah qərb-şərq-şimal-cənub və daha nə bilim nəpərəst olurlar və ən sonda içlərindəki o balaca, o iyrənc erməni çıxır ortalığa...

Leyla və Arif Yunuslar, Xədicə İsmayıl, Emin və Mehman Hüseynov qardaşları kimi...

Sonuncuların ermənidən törədiklərini sübuta yetirən sensassiya xarakterli faktlar bir müddək öncə az qala bütün internet resurslarını “başına götürmüşdü”.

Xatırladım ki, 1news.az saytının redaksiyaya ünvanlanan müraciət əsasında aşkara çıxardığı faktların qarşılığında Hüseynov qardaşları ortalığa ciddi bir təkzib də qoya bilmədilər....

Sözügedən sayta ünvanlanan müraciətdə isə qeyd olunurdu ki, Emin və Mehman Hüseynov qardaşlarının anası – qızlıq soyadı Bədir-zadə olan Firəngiz İbrahim qızı Hüseynovanın əsil adı Yevgeniya Qriqoryevna Ovanesovadır. Sonradan Firəngiz Bədirzadə olan Yevgeniya Ovanesova İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulina tərəfindən övladlığa götürülüb.

1967-ci ildə, 20 yaşı olanda Yevgeniya Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində, qeyd edildiyi kimi, adını Firəngiz olaraq dəyişdirib.

Qeyd edim ki, müraciət əsasında aparılan jurnalist araşdırmaları zamanı Emin və Mehman Hüseynovun bütün yaxın qonşuları onların analarının milliyyətcə erməni olduğunu bildiriblər.

Bu baxımdan, Emin Hüseynovun Varşavada ATƏT/DTİHB tədbiri zamanı verdiyi açıqlamada “azərbaycanlılar Dağlıq Qarabağdakı müharibə zamanı erməni jurnalistlərini qətlə yetiriblər” ifadəsi, həmçinin azərbaycanlıların “ermənilərlə sülh şəraitində yaşamaq istədiyini, amma hakimiyyətin bunlara imkan vermədiyini” bildirməsi, ermənilərlə ortaq mövqedən çıxış etməsi, yəqin ki, artıq kimsəni təəccübləndirmir. Genetik kodlar öz sözünü deyir və Hüseynov qardaşlarının Azərbaycana qarşı nifrəti də elə erməni köklərindən, erməni xislətlərindən qaynaqlanır.

Kim bilir, bəlkə də vaxtilə bu kimi ad, soyad, milli mənsubiyyət dəyişikliklərinin özü də Azərbaycana qarşı təxribat ssenarilərinin tərkib hissəsi – “gec işə düşən bomba”lar kimi düşünülüb...

P.S. Yuxarıda adlarını çəkdiyim və çəkmədiyim şəxslərin bütün son çıxışlarıyla, müraciətləriyla tanışam. Bu çıxışlarda qabarıq nəzərə çarpan xüsusi bir məqam var - siyasi motiv ən sonda gəlir, sıradanbir element kimi. Adamlar gerçəkdən, qatı erməni millətçisi kimi danışırlar, içdən, ermənilərin son təxribatlarının iflasa uğramasından, azətbaycanlıların yumruq kimi birləşməsindən məyus və pəjmürdə olduqlarını büruzə verərək. Bunu isə yalnız və yalnız erməni genlərinin, yaxud əxlaqının, xislətinin daşıyıcıları edə bilər...

Elçin Mirzəbəyli