"Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik" "Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik"
  • Tribuna
  • 15 Dekabr 2020 12:30
  •  5 975

"Şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var" - Deputat

"Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik"

“Mərkəzi Bankın sədri ilə Milli Məclisin komitə iclasında olan görüşdə bildirdik ki, ümumiyyətlə müharibə artıq başa çatıb”.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Vahid Əhmədov deyib.

Deputat bildirib ki, şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var: “AMB sədrindən xahiş etdik ki, Banklar Assosasiyası ümumiyyətlə bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın. Banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər. Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik”.