Ermənistan tərəfi bu gün də minalanmış sahələrin xəritəsini təqdim etmir Ermənistan tərəfi bu gün də minalanmış sahələrin xəritəsini təqdim etmir
  • Tribuna
  • 7 İyun 2021 12:46
  •  7 753

Kəlbəcərdəki terror aktı Ermənistanın beynəlxalq hüquq normalarını kobud surətdə pozmasının növbəti sübutudur

Ermənistan tərəfi bu gün də minalanmış sahələrin xəritəsini təqdim etmir

Azərbaycanın Ermənistan üzərindəki rəşadətli Qələbəsi nə işğalçı dövlət, nə də onun havadarları tərəfindən hələ də həzm oluna bilmir. Müharibə qaydalarını ciddi şəkildə pozan Ermənistan ordusu sərhədboyu ərazilərdən uzaqda məskunlaşmış mülki əhalini hədəfə almaqla faşizm ideologiyasına sadiqliyini nümayiş etdirir. Ermənilərin 44 günlük müharibə dövründə dinc əhalinin yaşadığı ərazilərə ağır artilleriyadan və qadağan olunmuş silahlardan atəş açmaqla günahsız insanların qətlə yetirilməsi barədə beynəlxalq təşkilatlar da məlumatlandırılıb.

AzNews.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdib.

Hüquq müdafiəçisi deyib ki, müharibə başa çatsa da, erməni faşistləri yenə müxtəlif vasitələrlə insanların qətlə yetirilməsinə cəhd edir və bəzi hallarda buna nail olurlar. Beynəlxalq təşkilatlara dəfələrlə məlumat verilsə də, Ermənistan tərəfi bu gün də minalan¬mış sahələrin xəritəsini təqdim etmir. Bu da hərbçilərin, həmçinin mülki əhalinin faciəvi ölümü ilə nəticələnir.

İyunun 4-də daha bir faciəli hadisənin şahidi olduq. Belə ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televi¬ziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Nəticədə 3 nəfər – AzTV-nin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İb¬rahimov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib. Bu, ermənilərin növbəti vandaliz¬mi, insanlığa xas olmayan vəhşiliyidir.

Ermənistan ordusunun qəddarlığı, faşizmə xas olan hərəkətləri barədə dəfələrlə beynəlxalq təşkilatlara müraciət olunsa da, bu vaxta qədər heç bir tədbirin görülməməsi, sanksiyaların tətbiq edilməməsi ikili standartların, islamofobiyanın göstəricisidir. Ermənistan açıq şəkildə beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizlik edir, dünya isə buna laqeyd yanaşır. Daha dəqiq desək, ermənilərin nazı ilə oynayır. Maraqlıdır, görəsən, Ermənistan qərəzli beynəlxalq təşkilatların əlində oyuncaqdır, yoxsa həmin təşkilatlar Ermənistan üçün alətə çevrilib? Belə olmasaydı, bu vaxta qədər ermənilərin ərköyünlüyünə bu qədər dözümsüzlük göstərməzdilər.

Ç.Qənizadə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə də şikayət göndərildiyini vurğulayıb. Xatırladıb ki, Ermənistan ilə Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoymuş üç ölkənin rəhbərləri tərəfindən 2020-ci il 10 no¬yabr tarixli Birgə Bəyanatın imzalandığı vaxtdan etibarən Azərbaycan dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb edib. Ancaq düşmən tərəf bu günə qədər həmin xəritəni təqdim etməyib. Hətta bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edilsə də, heç bir faydası olmayıb.

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinasının heç bir əsası yoxdur – deyə hüquq müdafiəçisi bildirib. O deyib: “Yeganə məqsəd bölgədə Azərbaycan əhalisinin həyatına qəsd etməkdir. İnsanların həyatını xilas etmək səylərinə kömək edə biləcək bu xəritələri və digər zəruri məlumatları Ermənistanın təqdim etməkdən imtinası Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqları¬nın ciddi şəkildə pozulmasına səbəb olur. Hətta Ermənistanın beynəlxalq hüquq normalarına qarşı hörmətsizliyinin qarşı¬sının alınması üçün Avropa Məhkəməsinə çağırışlar olub”.

Artıq Avropa Məhkəməsinə ikinci müraciət olunub. Bu müraciət Ermənistana qarşı ikinci dövlətlərarası şikayət olmaqla bu ölkəyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməsi istiqamətində təzyiqin artırılmasına hesablanıb.

Komitə sədri xatırladıb ki, Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular birgə bəyanat imzalandığı gündən bəri 120-dən çox insanın ölümünə, yaxud yaralanmasına səbəb olub. Birgə bəyanat imzalandıqdan sonrakı yeddi ay ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35 mindən çox mi¬nanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir. Ermənistanın minalanmış ərazilərin xəritələrinin təhvil verilməsindən imtina etməsi doğma ocaqlarından zorla didərgin salınmış bir milyondan artıq soydaşımızın təxminən 30 il sonra ata - baba yurdlarına qayıtmalarına ciddi problem yaradır.

Ç.Qənizadə deyib: “Bu gün Ermənistanın Azərbaycanın mülki əhalisini məhv etməyə hesablanmış təcavüz aktları həyata keçirməsi 1949-cu ildə qəbul edilən Cenevrə Konvensiyasına tamamilə ziddir. Bütün dövlətlər 1925-ci il Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına, həmçinin silah¬lı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına müvafiq öhdəliklərini tam yerinə yetirməlidirlər.

Dünya birliyi Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına biganə qalmamalı və bu hegemonluğun qarşısı dərhal alınmalıdır”.