“Bu sənəd gələcək əməkdaşlıq üçün yeni hüquqi baza yaradıb" “Bu sənəd gələcək əməkdaşlıq üçün yeni hüquqi baza yaradıb"
  • Tribuna
  • 15 Sentyabr 2021 12:49
  •  13 062

YAP AKP ilə beynəlxalq arenada müştərək fəaliyyət göstərəcək

“Bu sənəd gələcək əməkdaşlıq üçün yeni hüquqi baza yaradıb"

“Azərbaycan və Türkiyənin hakim - Yeni Azərbaycan Partiyası (YAP) və Ədalət və İnkişaf Partiyası (AKP) arasında əlaqələr genişlənib”.

Bunu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq iki partiya arasında əməkdaşlıq protokolu imzalanıb: “Bu sənəd gələcək əməkdaşlıq üçün yeni hüquqi baza yaradıb. Bizim fəaliyyət istiqamətlərimizin fəaliyyət kontorları müəyyən olunub. Hər iki partiya arasında işlər davam edəcək. Artıq partiyalar beynəlxalq arenada da müştərək fəaliyyət göstərəcək”. (report)