Vlll Qlobal Bakı Forumu qlobal məsələlərin müzakirəsi məqsədilə təşkil olunan bir forumdur Vlll Qlobal Bakı Forumu qlobal məsələlərin müzakirəsi məqsədilə təşkil olunan bir forumdur
  • Tribuna
  • 5 Noyabr 2021 14:53
  •  30 876

Forum müşahidələri

Vlll Qlobal Bakı Forumu qlobal məsələlərin müzakirəsi məqsədilə təşkil olunan bir forumdur

Cənab Prezident İlham Əliyev bu dəfə də forumdakı çıxışında qlobal əhəmiyyət kəsb edən məsələlərə toxunaraq 40-dan çox ölkə rəsmilərinin qarşısında çıxış etdi. Ölkə başçımız pandemiyanın dünyaya yayılmağa başladığı ilk günlərdən Azərbaycanda qabaqlayıcı kompleks tədbirlər görüldüyündən, ölkənin bütün resurslarının vətəndaşların sağlamlığının qorunmasına səfərbər edildiyindən, virusun ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl Azərbaycanın koronavirusla mübarizəyə qətiyyətlə qoşulduğundan, ona qarşı ciddi addımlar atıldığından, 13 yeni xəstəxananın açılmasından, 4 min əlavə çarpayının yaradılmasından, lazımı tibbi ləvazimatların alınmasından danışaraq bütün bunları dünya ölkələrinin diqqətinə çatdırdı. Ölkə başçımız Azərbaycanda koronavirusla bağlı vəziyyətin pisləşməməsi üçün hökumət tərəfindən bütün qüvvələrin səfərbər edildiyindən, dövlətin bütün potensialının bu infeksiya ilə mübarizəyə yönəldiyindən, mümkün effektiv və zəruri tədbirlərin ardıcıllıqla və planlı şəkildə həyata keçirildiyindən, pandemiyaya qarşı həyata keçirilən məqsədyönlü və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdiyindən, kütləvi yoluxmanın qarşısının alındığından, səhiyyəmizin koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldığından danışdı.

Ölkə başçımız qlobal forumda ölkəmizdə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketlərindən də bəhs etdi. Hansı ki, bu sosial paket 5 milyona qədər insanı əhatə edirdi. Dövlət başçımız bildirdi ki, pandemiya dövründə 2020-ci və 2021-ci illərdə sosial yardım paketləri yaradılıb: “O insanlar ki, öz iş yerlərini məhdudiyyətlər səbəbindən itirmişdilər, onlar üçün sosial paketlərə 2,9 milyard ABŞ dolları həcmində dövlət büdcəsindən vəsait ayrılmışdı. Biz bu addımları atmaqda davam edəcəyik. Çünki biz tamamilə yeni bir vəziyyətlə üzləşmiş insanlara yardım etməliyik" deyə bildirdi. Prezident İlham Əliyev çıxışında Azərbaycanda aparılan uğurlu vaksinasiya kampaniyasından da danışdı. O, bildirdi ki, koronavirus (Covid-19) pandemiyasının qarşısının alınması məqsədi ilə Respublikamızın bütün bölgələrində əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir. Şəhər və rayonlarda infeksiyaya qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görüldüyündən söz açdı.

Ölkə başçımız qlobal forumda Ermənistan-Azərbaycan münaqişəsinə də toxundu. O qeyd etdi ki, Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etməsəydi, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti şəraitində bu münaqişə hələ uzun illər həllini tapmamış qalacaqdı. Prezident 2020-ci il sentyabrın 27-də başlanan müharibənin əsas səbəbləri olaraq, Ermənistanın ziddiyyətli siyasətini, o vaxtkı status-kvonu qoruyub saxlamaq cəhdini, yeni müharibə və yeni işğal planlarını, Azərbaycana qarşı ardıcıl təxribatlarını sadaladı və o qeyd ki, işğaldan azad olunmuş ərazilərimizin tamamilə dağıdılması Ermənistanın vandalizm siyasətidir. Azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin doğma ata- baba yurdlarında daimi məskunlaşmasının təmin edilməsi məqsədilə lazımı tədbirlərin həyata keçirilməsi haqqında da ölkə başçımız forum iştirakçılarını məlumatlandırdı. Cənub Qaz Dəhlizi layihəsinin başa çatmasını, 2020-ci ilin dekabrın 31-də TAP layihəsinin tamamlanması və istismara verilməsinin Azərbaycan, region və Avropa üçün tarixi nailiyyət olmasını, CQD-nin Avropa üçün yeni enerji mənbəyi olmasını və bu kimi qlobal əhəmiyyət kəsb edən məsələlər haqqında xarici qonaqları məlumatlandırdı.

Lamiyə İsazadə,

"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri