Mirşahin Ağayev Prezidentə məktub yazdı – MƏTN

Real Təhlil İnformasiya Mərkəzinin Direktoru Mirşahin Ağayev Prezident İlham Əliyevə məktub yazıb.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirir, məni layiq bildiyiniz 1-ci Dərəcəli “Vətənə xidmətə görə” ordenini-həm də dövlətimizin bütün Azərbaycan jurnalistikasını yeni reallıqlar dövründə daha vüsətli çalışmağa, Böyük Qayıdış və Nəhəng Fədakarlıqlar üçün səfərbər olmağa, bu məqsədlə müəyyən eydiyiniz olduqca iti sürətlə ayaqlaşmağa çağırış tək qəbul edirəm.

Hörmətli cənab Prezident!

44 günlük Vətən Müharibəsində biz Sizi bir Müzəffər Ali Baş komandan kimi həm döyüş meydanında gedən proseslərin önündə, həm arxa cəbhədə idarə etdiyiniz fədakar işlərin başında, eləcə də xalqımıza, dünya azərbaycanlııarına etdiyiniz ardıcıl müraciətlər zamanı, bir sözlə hər yerdə və hər vaxt bütün qətiyyətiniz, bütün səmimiyyətinizlə, bütün əzəmətinizlə gördük. Biz Sizi həm də dünyanın – Azərbaycana, ədalətli haqq işimizə, ümumiyyətlə müsəlman dünyasına qarşı daha çox qərəzi ilə seçilən aparıcı media vasitələrinin suallarına cavab verərkən necə güzəştsiz, prinsipial, ədalətli, bir sözlə- Mükəmməl olduğuniza şahidlik etdik. Və bu gün fəaliyyətimə yüksək qiymət verən Liderimin məhz bu master-klaslar da daxil olmaqla bütün örnək keyfiyyətlərini, parlaq şəxsi nümunəsini, mütləq qeyd etməliyəm.

Hörmətli Cənab Prezident!

Təvazökar işimə verdiyiniz Ali Qiyməti mən bundan sonrakı fəaliyyətim üçün də möhkəm zəmin və misilsiz stimul kimi qəbul edir, təşəkkür məktubumu Müzəffər Ali Baş Komandanımıza raportla bitirirəm:

-Azərbaycan Respublikasına xidmət edirəm. Sağ olun!”