Qələbədən Qələbəyə!

Prezident İlham Əliyevin ötən 20 ildə komplementar texnologiyalarla həyata keçirdiyi dövlət idarəçiliyinin,yürütdüyü daxili və xarici siyasətin nə qədər uğurlu olduğunu təkcə biz yox,beynəlxalq aləm deyir.Çünki son 20 il ərzində xalqımızın və dövlətimizin mənafelərinin təmini istiqamətində istisnasiz olaraq bütün sahələrdə qazanılmış geniş miqyaslı nəticələrin təhlili və cəmiyyətə çatdırılması hər birimizdən həm də məsuliyyətli vətəndaş mövqeyi tələb edir.Nəzərə alsaq ki,cəmiyyətimiz bu gün anti Azərbaycan qüvvələrin yalnız yalan və böhtanlara söykənən informasiya təzyiqi altındadır,o zaman məsuliyyətimiz daha da artır.

Dövlət başçımız 2003- cü ildə ilk dəfə Prezident seçilərkən seçicilər qarşısında verdiyi vədlərin hamısını yerinə yetirib.Seçkilər ərəfəsində və ötən dövrdə dövlətimizin başçısı tərəfindən dəfələrlə qətiyyətlə ifadə olunmuş “mən Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edəcəyəm və hər bir azərbaycanlının Prezidenti olacağam” fikirlərinin bu gün tam olaraq yerinə yetirdiyini söyləyə bilərik. Həmin vaxtdan 20 il keçib.Azərbaycan Prezidenti Xankəndi şəhərində Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradda xalqın etimadını doğrultduğunu dilə gətirdi.Prezident İlham Əliyev Azərbaycanı qalib dövlət,qalib xalq etməyi bacaran müdrik dövlət başçısıdır.Dünyada 56 münaqişə ocağı var,Lakin heç bir dövlət başçısı 21- ci əsrdə öz xalqı,şücaətli ordusu,öz gücü ilə işğal altında olan torpaqları müzəffər Ali Baş Komandan İlham Əliyev kimi ali sərkərdəlik məharətilə azad etmək iqtidarında olmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin əsas və həlledici qəhrəmanı olması bütün beynəlxalq ictimaiyyətin yekdil qənaətidir.

Prezident İlham Əliyev 210 il bundan əvvəl bağlanmış Gülüstan müqaviləsinin şərtlərini dəyişməyə qadır olan ali diplomat və qalib Sərkərdədir.Milli Lider Heydər Əliyevin şah əsəri müstəqil Azərbaycan,İlham Əliyevin şah əsəri dünya tarixinə yeni reallıqları ilə qədəm qoyan bütöv Azərbaycandır! Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasəti, geoiqtisadiyyatı yenidən dizayn edən ölkədir.Prezident İlham Əliyev ölkə iqtisadiyyatının dayanıqlığını, inkişafını təmin etməklə yanaşı,Azərbaycanı irimiqyaslı qlobal layihələrin mərkəzi,Cənubi Qafqazın lider dövlətinə çevirməyə müvəffəq olub. Bir əsrə bərabər 20 illik prezidentlik dövründə ölkə iqtisadiyyatı 4 dəfədən çox, büdcə xərcləri 30 dəfə artıb. 2024-cü il dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə ayrılan vəsairin məbləği 6 milyard 421 milyon manatdır.

Azərbaycanın beynəlxalq aləmdə durmadan artan nüfuzu,vətəndaşların rifah halının getdikcə yaxşılaşması, sosial-iqtisadi imkanlarımızın ,maddi gəlirlərimizin artırılması istiqamətində atılan addımlar xüsusi vurğulanmalıdır.

Bütün bunlar onu göstərir ki,Azərbaycan xalqının növbədənkənar Prezident seçkilərində İlham Əliyevin 20 illik səmərəli və çox böyük nəticələrlə şərəfli tariximizə qızıl hərflərlə yazılmış fəaliyyətinə layiqli qiymət verərək, növbəti dövr üzrə bir daha Azərbaycanın Lideri seçiləcəyinə əminik. Əslində bu seçimlə biz ölkəmizin fevralın 7- dən etibarən daha fərqli və böyük inkişaf mərhələsinin əsasını qoymuş olacağıq.Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbədən-qələbəyə irəliləyəcəkdir.

Təranə KƏRİMOVA,

UNEC QƏTM-nin direktor müavini,

“Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri