- Türkiyə
- 5 Noyabr 2018 13:20
- 2 294
Adnan Oktardan yeni xəbər: Türkiyədən Honq Konqa qədər...

Oktar qruplaşmasının üzvü şok faktlar açıqlayıb.
İstanbul Cümhuriyyət Baş Prokurorluğu Adnan Oktar istintaqında Ö.M. adlı şəxs qruplaşmanın maliyyəsi və necə fırıldaqçılıq etdiyi ilə bağlı etiraflar edib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, etiraflarda Türkiyədən Honq Konqa qədər gedib çıxan fırıldaqçılıq toru olduğu aşkarlanıb.
“Netmark şirkəti adından qruplaşma üzvlərini ailələrinə xeyir vermək adı ilə aldadıb, ev və ərazilərini əllərindən alıblar. Bir-iki ay pul verdikdən sonra evlərini kredit və satış yolu ilə qruplaşmaya verərək onları aldadıblar. Bu yolla 25-30 milyon lirə əldə ediblər. 2006-2017-ci illər arasında ümumilikdə 11 şirkət 32 nəfərlik ortaqlıq və fərqli şirkət qurumları ilə şəxsən daxil olduğum və xaricdən idarə etdiyim, ümumilikdə 30 milyon lirəlik fırıldaqçılıq işini təşkil edib, əldə etdiyim bütün gəliri Oktarın əmri ilə nağd göndərdim. Bəzi banklardan kreditlər çəkib gəlir əldə etdik. Gömrüyə gətirdiyim 4 konteyner parçanı, Çindəki tekstil firmasının 2 milyon dollarını mənimsədik. Ofşor vasitəsilə aşağı qəbz üsulu ilə dövlətə də 2.2 milyon dollar vergi ziyanı vurduq.
Şimali İraqda Yasemin Mert adına açdığım şirkət vasitəsilə xarici ticarətlə məşğul oldum. Şirkət etibarlılıq qazanandan sonra Adnan Oktarın əmri ilə ticarətlə məşğul olduğum şirkətlərdən 5 milyon lirə mənimsədik.
Oktarın əmri ilə Dubayda fəaliyyət göstərən Pegasus İnşaat Dubay şirkəti quruldu. Şirkət orda, sərbəst bölgədə qapı istehsal firması olaraq fəaliyət göstərirdi. Oktar, Dubayda firmanın batırılmağı və sərbəst bölgədəki maşınların qaçırılıb burada satılması barədə təlimat verdi. Sonra Dubaydakı şirkəti boşaldaraq əldə etdiyi gəliri Honq Konqdakı şirkətə köçürdük. Honq Konqdan 500 min dollarlıq gəliri daşıdıq”.
Pərvanə AĞAZADƏ
AzNews.az