- Türkiyə
- 22 Noyabr 2018 13:13
- 3 842
Türkiyə ABŞ-dan “Patriot” sistemi alacaq

"Rəsmi Ankara bu silahları hücum etmək üçün yox, müdafiə olunmaq üçün alır"
Əgər ABŞ tərəfindən yaxşı təklif gələrsə, Türkiyə Patriot raket sistemlərini ala bilər.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın "Rusiya-Türkiyə əlaqələri: Gələcəyin obrazını yaradaraq" adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələn il Rusiyadan alınan C-400 raket komplekslərinin ilk partiyası Türkiyəyə gətiriləcək.
"Rəsmi Ankara heç vaxt bir təklif üzərində çalışmır. ABŞ-la danışıqlarımız baş tutsa, Patriot sistemlərini də alacağıq. Türkiyə bu silahları hücum etmək üçün yox, müdafiə olunmaq üçün alır". Kalın belə deyib.
Qeyd edək ki, Türkiyə NATO-nun ilk ölkəsidir ki, Rusiyadan C-400 raket kompleksini alır.
Babək Göyüş
© AzNews.az