H.A. kod adlı PKK-lı Türkiyənin təhlükəsizlik orqanlarına təslim olub. H.A. kod adlı PKK-lı Türkiyənin təhlükəsizlik orqanlarına təslim olub.

PKK-nın iyrənc üzü - Yaralı terrorçuya təcavüz…

H.A. kod adlı PKK-lı Türkiyənin təhlükəsizlik orqanlarına təslim olub.

Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan bir PKK-lı terrorist baş tutan əməliyyat zamanı yaralanan qadın terroristə başçılarının təcavüz etdiyini deyib.

AzNews.az xəbər verir ki, H.A. kod adlı terrorist izahatında mənsub olduğu qrupun təhlükəsizlik qüvvələri tərəfindən təşkil olunan əməliyyatda çoxlu sayda itki verdiyini və bir neçə örgüt üzvünün yaralandığını bildirib.

Yaralananlar arasında D. kod adlı qadın terrorist və digərləri soyuqdan qorunmaq üçün gecəni keçirdikləri mağarada qucaqlaşaraq yatıblar.

Başçılarının isə bu vəziyyətdən istifadə edərək qadına təcavüz etdiyini gözləri ilə gördüyünü, qadının isə ona qarşı çıxa bilmədiyini qeyd edib.

Təslim olan terrorist örgütdə qadınların satıldığını və təşkilat üzvlərinin qadınları istədikləri kimi istifadə etdiklərini deyib.

Terroristlərin xüsusilə qadınlara rayon və kəndlərdə "bacılarımız" deyə mürəciət etdiklərini əslində isə əhalini aldatmaq üçün bu yola əl atdıqlarını da bildirib.

Pərvanə Ağazadə

AzNews.az