Yunanlar qayığı dənizin ortasında çarəsiz vəziyyətdə buraxaraq gedib. Yunanlar qayığı dənizin ortasında çarəsiz vəziyyətdə buraxaraq gedib.

Yunanlar ölümə tərk etdi, türklər xilas etdi...

Yunanlar qayığı dənizin ortasında çarəsiz vəziyyətdə buraxaraq gedib.

Türkiyənin Quşadası bölgəsində bir qədər əvvəl qayıqları batmaq üzrə olarkən Türkiyənin Sahil Mühafizə Xidməti tərəfindən xilas edilən miqrantların verdiyi ifadə tükürpərdən detalları ortaya çıxarıb.

Hadisə zamanı 4 yaşlı qızını itirən iraqlı Məhəmməd Fadil Yunanıstanın Sahil Mühafizə Xidməti əməkdaşlarının onları öldürməyə çalışdığını bildirib.

Onun sözlərinə görə, miqrantlar olan qayığa yaxınlaşan Yunan Sərhəd Mühafizə Xidmətinə aid gəmi onlardan mühərriki söndürmələrini tələb edib. Bundan sonra qayıq ip vasitəsilə gəmiyə bağlanıb və dənizdə bir müddət sürüklənib. Güclü dalğalar səbəbindən qayığa su dolub və yunanlar qayığı dənizin ortasında çarəsiz vəziyyətdə buraxaraq gedib.

Hadisə zamanı 2 uşağını xilas etsə də, 4 yaşlı qızını itirən ata Türkiyənin Sahil Mühafizə Xidməti əməkdaşlarının köməyi ilə sağ qala bildiklərini söyləyib və Türkiyə hökumətinə minnətdarlıq edib.(axar.az)

© AzNews.az