- Türkiyə
- 12 Mart 2019 11:20
- 2 676
Əxlaqsızlıq yuvasında çalışan qız - "Gündə 60-70 kişi ilə..."

9 yaşında əmimin təcavüzünə məruz qaldım.
Türkiyənin məşhur qəzetlərindən biri həyatının uzun illərini əxlaqsızlıq etməyə məcbur qalan qadınların hekayələrini araşdırıb.
AzNews.az xəbər verir ki, araşdırmalar zamanı qadınların əksəriyyətinin həyat yoldaşları tərəfindən satıldığı ortaya çıxıb. Onlardan birinin həyat hekayəsini sizə təqdim edirik:
Ayşe.T. 9 yaşında olan zaman əmisinin təcavüzünə məruz qalıb. Ailəsi də onu tərk etdiyi üçün kimsəsiz uşaqlar evində böyüyüb. 23 yaşında isə qarşısına çıxan ilk adama ərə gedib. Ərinin qardaşı tərəfindən zorakılığa məruz qalan Ayşe 6 aylıq hamilə olarkən uşağını itirib. Daha sonra isə Bahri adlı biri ilə tanış olan qadın ona aşiq olub. Lakin bu dəfə də onun bəxti gətirməyib. Bahri onu Mersində əxlaqsızlıq yuvalarından birinə satıb. Ayşe gündə 60-70 kişi ilə intim əlaqədə olmağa məcbur edilib. Hazırda əxlaqsızlıq yuvasından canını qurtaran Ayşe restoranlardan birində işləyir.
Aynur
AzNews.az