Etiraz edilməsi normal bir haldır və hər seçkidən sonra ola bilər Etiraz edilməsi normal bir haldır və hər seçkidən sonra ola bilər

AKP-dən seçki ilə bağlı vacib açıqlamalar

Etiraz edilməsi normal bir haldır və hər seçkidən sonra ola bilər

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik seçki ilə bağlı vacib açıqlamalar verib.

AzNews.az xəbər verir ki, o, sözünə "vəzifəmiz doğru məlumat verməkdir" cümləsi ilə başlayıb.

"Qara təxribat aparanlara qarşı edə biləcəyimiz bir şey yoxdur. Dünyadakı bütün seçkiləri izləyirik. Qərb demokratiyasında müzakirəsi aparılan 2 məsələ var. Birincisi, seçkidə iştirak getdikcə azalır. Təbii ki, Türkiyədəki seçkilərdə iştirakın yüksək olmağı təqdir edilir. Yüksək Seçki Qurumu dünyadakı hər komitəyə nümunə göstərilə bilər. Buna görə də onların işlərini tam görməsi ölkəmizdəki demokratiyanın gücünü göstərir. Seçki müddətinin bir hissəsi olan etirazlar hələ də dava edir. Burada qeyri-adi bir şey yoxdur. Etiraz edilməsi normal bir haldır və hər seçkidən sonra ola bilər”. Çelik belə deyib.

Çelik, həmçinin CHP-nin nəticələrin təkrar sayılması barədə fikrinə də toxunub:

"CHP deyir ki, "Səslər təzədən sayılsa belə aradakı fərq qalacaq". Elədirsə, icazə verin sayılsın. Niyə narahat olursunuz? Biz onsuz da 53% səslə sandıqdan uğurla çıxdıq. Bu vəziyyəti partiyalar arası mübahisəyə çevirməyə ehtiyac yoxdur. Vətəndaşlarımız rahat olsun".

Pərvanə Ağazadə

AzNews.az