Görüntülər hər kəsi dəhşətə gətirib. Görüntülər hər kəsi dəhşətə gətirib.

ATV-nin efirində şok kadrlar: 48 yaşlı kişi gənc qızı qaçırdı - ANBAAN KADRLAR - VİDEO

Görüntülər hər kəsi dəhşətə gətirib.

Türkiyənin ATV telekanalında yayımlanan "Esra Erolda" verilişində yaşananlar hər kəsi dəhşətə gətirib.

AzNews.az xəbər verir ki, verilişin çəkiliş heyətinin ayıq-sayıqlığı sayəsində 17 yaşlı qız qadın alveri ilə məşğul olan qruplaşmanın əlindən xilas edilib.

Belə ki, Emin və Fatma Kaya cütlüyü 70 gündür itkin düşən qızları N. K.nı tapmaq üçün verilişə müraciət ediblər. 8 apreldə verilişə gələn ana gözyaşları içində qızının sonuncu dəfə Taksimdə göründüyünü bildirib. Həmin günün təhlükəsizlik kameralarını izləyən verilişin çəkiliş komandası 17 yaşlı qızın yanında 48 yaşlı Hasan C. adlı kişinin olduğunu təsbit ediblər. Hasan C.nin isə qadın alveri ilə məşğul olduğu ortaya çıxıb. Hasan C. verilişə gələrək N.K.nın yerini bilmədiyini söyləyib. Bir müddət sonra isə 70 gündür itkin düşən N.K canlı yayıma gəlib.

Canlı yayımda Hasan C.nin şübhəli danışığı polis əməkdaşlarının diqqətindən qaçmayıb. 17 yaşlı N.K. isə Hasan C.nin ona narkotik tərklibli maddə verərək təcavüz etdiyini bildirib.

Qızın sözlərinə görə Hasan C. onu şantaj edərək yanında saxlayıb və heç yerə getməyə imkan verməyib.

Aynur

AzNews.az