Müəssisədə ildə 3000-dək traktor yığmağın mümkündür Müəssisədə ildə 3000-dək traktor yığmağın mümkündür

Azərbaycan ilə Belarus Türkiyədə birgə traktor istehsal edəcək

Müəssisədə ildə 3000-dək traktor yığmağın mümkündür

Türkiyənin Krıkkale şəhərində tikilən Belarus traktorlarının yığım müəssisəsinin bu ilin iyul ayında fəaliyyətə başlaması nəzərdə tutulur.

“BelTA” xəbər verir ki, sözügedən müəssisə Minsk Traktor Zavodu (MTZ) ilə Gəncə Avtomobil Zavodu arasında bir neçə ildir yaradılan əməkdaşlıq çərçivəsində inşa olunur. Belə ki, hər iki tərəfin iştirakı ilə ekoloji standartlar baxımından sərtliyi ilə seçilən Türkiyə bazarı üçün “Belarus-1221” modelinin “Euro4” standartına uyğunlaşdırılan xüsusi versiyası hazırlanıb.

Bu barədə jurnalistlərə MTZ-nın Baş direktoru Fedor Domotenko məlumat verib. O, Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıq sayəsində Krıkkaledəki müəssisənin təkcə bir korpusunun inşasında, təqribən, 1 milyon ABŞ dolları qənaət etdiklərini diqqətə çatdırıb.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli və Belarus Baş nazirinin müavini İqor Lyaşenkonun başçılıq etdiyi nümayəndə heyəti inşaat işləri ilə tanış olub.

Bu il 100 ədəd, gələn il 200 ədəd, sonrakı dövrdə illik 1000-dək traktor istehsal etməyi hədəflədiklərini qeyd edən MTZ-ın Baş direktoru deyib ki, kadrlar olsa, müəssisədə ildə 3000-dək traktor yığmağın mümkündür: "Belə ki, yerli mütəxəssislərə Minsk Traktor Zavodunun və Gəncə Avtomobil Zavodunun əməkdaşları təlim keçəcəklər.(report.az)

AzNews.az