- Türkiyə
- 19 Aprel 2019 11:40
- 3 101
Orqan mafiyası yaxalandı - Polisdən uğurlu əməliyyat
.jpg)
Hadisə İstanbul şəhərində qeydə alınıb
Türkiyənin İstanbul şəhərində polis orqan mafiyasının 9 üzvünü yaxalayıb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakırköy, Tuzla və Esenyurt adlı ərazilərdə fəaliyyət göstərən 4 özəl xəstəxanaya verdikləri saxta sənədlərlə orqan nəqli etdirən şəbəkəni izləməyə alan polis əməliyyatlara aprelin 9-da başlayıb.
Müxtəlif zamanlarda, müxtəlif yerlərə edilən basqınlar nəticəsində şəbəkənin rəhbəri və üzvləri ələ keçirilib.
Nigar CƏFƏR
AzNews.az