Əli Babacan bu barədə yazılı açıqlama yayıb Əli Babacan bu barədə yazılı açıqlama yayıb

Əli Babacan AKP-dən istefa verdi

Əli Babacan bu barədə yazılı açıqlama yayıb

Türkiyənin tanınmış siyasətçisi, keçmiş iqtisadiyyat naziri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvlüyündən istefa verib.

Türkiyə KİV-i xəbər verir ki, o, bu barədə yazılı açıqlama yayıb.

Qeyd edək ki, Əli Babacanla baş nazirin keçmiş müavini Bülent Arıncın yeni siyasi partiya quracağı bildirilmişdi.

Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada anadan olub. O, 2007-2009-cu illərdə Türkiyənin xarici işlər naziri, 2009-2015-ci illərdə Türkiyə baş nazirinin müavini işləyib.(apa.az)

AzNews.az