Zərərsizləşdirilən terrorçular üç türk hərbçisinin qətlə yetirilməsində iştirak ediblər Zərərsizləşdirilən terrorçular üç türk hərbçisinin qətlə yetirilməsində iştirak ediblər

Türkiyədə 2 PKK-lı öldürüldü

Zərərsizləşdirilən terrorçular üç türk hərbçisinin qətlə yetirilməsində iştirak ediblər

Türkiyədə terrorçular zərərsizləşdirilib.

Bu barədə "Habertürk"ə istinadən xəbər verilir.

Məlumata görə, terrorçulara qarşı əməliyyat Daxili İşlər Nazirliyi tərəfindən Hakkari vilayətində keçirilib. Əməliyyat zamanı 2 terrorçu məhv edilib.

Türkiyə mətbuatı qeyd edib ki, zərərsizləşdirilən terrorçular üç türk hərbçisinin qətlə yetirilməsində iştirak ediblər.

Daha əvvəl Hakkari vilayətində, Yüksəkova ərazisində jandarm qüvvələrinin də cəlb edildiyi əməliyyat zamanı 4 PKK terrorçusu məhv edilib. (Report)