Görüş çərşənbə günü Ərdoğanın iqamətgahında baş tutacaq Görüş çərşənbə günü Ərdoğanın iqamətgahında baş tutacaq

Ərdoğan bütün bələdiyyə sədrlərini paytaxta çağırdı

Görüş çərşənbə günü Ərdoğanın iqamətgahında baş tutacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün böyük şəhər bələdiyyə sədrlərini Ankaraya dəvət edib.

Prezidentlə sədrlərin görüşü çərşənbə günü Ərdoğanın iqamətgahında baş tutacaq. İclasda AKP, CHP və MHP-li sədrlər iştirak edəcək. CHP lideri Kamal Kılıçdaroğlu partiyasından olan bütün sədrlərin dəvətə qatılacaqlarını açıqlayıb. Ötən ay istefaya göndərilən Van, Mardin və Diyarbakır bələdiyyə sədrlərinin yerinə təyin olunan valilər də iclasda iştirak edəcəklər.

Xatırladaq ki, 31 mart seçkilərində böyük şəhərlərin 15-nə AKP-li, 11-nə CHP-li, 3-nə HDP-li, 1-nə isə MHP-li bələdiyyə sədri seçilmişdi.(qafqazinfo.az)

AzNews.az