Biz beynəlxalq hüquqa uyğun və ərazi bütövlüyü əsasında həll yolu tapmalıyıq Biz beynəlxalq hüquqa uyğun və ərazi bütövlüyü əsasında həll yolu tapmalıyıq

Çavuşoğludan Dağlıq Qarabağ açıqlaması: "Həll olunmamış qalır"

Biz beynəlxalq hüquqa uyğun və ərazi bütövlüyü əsasında həll yolu tapmalıyıq

Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Slovakiyada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

O bildirib ki, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır:

“Biz beynəlxalq hüquqa uyğun və ərazi bütövlüyü əsasında həll yolu tapmalıyıq. Türkiyə tezliklə ATƏT-in Əməkdaşlıq və Təhlükəsizlik Forumunun sədri olacaq və biz bütün üzv dövlətlərlə və təşkilatlarla əməkdaşlığa ümid edirik. Səmərəli fəaliyyət göstərən ATƏT bizim bu narahat zamanda daha yaxşı hiss etməyimizə kömək edəcək”.

AzNews.az