"Başımız sağ olsun" "Başımız sağ olsun"

"Bəşər Əsəd və rejimi bu alçaq hücumun bədəlini ödəyəcək"

"Başımız sağ olsun"

"Tarixə müharibə cinayətkarı kimi düşəcək olan terror dövlətinin başçısı Bəşər Əsəd və rejim ünsürləri bu alçaq hücumun bədəlini ödəyəcək".

AzNews.az xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Fuat Oktay deyib.

"Ölkəmizin sərhəd təhlükəsizliyini təmin etmək üçün İdlibdə olan əsgərlərimizə edilən hücumda şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Başımız sağ olsun", - F. Oktay bildirib.

Xatırladaq ki, Əsəd rejiminin Suriyanın İdlib şəhərində təşkil etdiyi hava hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 33 əsgəri şəhid olub, 32-i isə yaralanıb.

Pərvanə