Türkiyədə koronavirusla mübarizədə daha bir ilk

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib

Türkiyədə koronavirus pandemiyası ilə mübarizədə daha bir ilk yaşanıb.

AzNews.az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Onun sözlərinə görə, ötən gün Türkiyədə 33 min 332 koronavirus testi edilib, 1639 nəfərdə nəticənin pozitiv çıxması ilə yoluxanların sayı 143 min 114 nəfərə yüksəlib.

Bundan əlavə, dünən 58 nəfər vəfat edib, bununla da xəstəlikdən dünyasını dəyişənlərin sayı 3952-yə çatıb. 101 min 715 nəfər isə sağalaraq evə buraxılıb.

“Reanimasiyada olan xəstələrimizin sayı ilk dəfə 1000-dən aşağı düşdü. Sağalan xəstələrimizin sayı 100 mini ötdü. Ümumi test sayı təxminən 1,5 milyondur. Virusa qarşı əsl gücümüz maskadan istifadə və 1,5 metrlik sosial məsafəni gözləməkdir. Risk ən çox izdihamlı yerlərdədir. Uzaq duraq”, - deyə nazir tvitter səhifəsində qeyd edib.