"Bunun bizim üçün hesabı çox ağırdır, unutmayaq” "Bunun bizim üçün hesabı çox ağırdır, unutmayaq”

İmamoğlundan Aya Sofya haqda: Maddi və mənəvi zənginlik qatacaqsa arxasındayam

"Bunun bizim üçün hesabı çox ağırdır, unutmayaq”

“Aya Sofyanın məscidə çevrilməsindən sonra ilk dəfə münasibət bildirən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu “ Həm maddi, həm mənəvi zənginlik gətirəcəksə, iş imkanı yaradacaqsa, Aya Sofya qərarının sonuna kimi arxasındayam”.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri İmamoğlu yerli mətbuata açıqlama verən zaman deyib.

“ Aya Sofya mənim ağlımda və vicdanımda 1453-cü ildən məsciddir. Özlərini mühafizəkar adlandıran telekanallar “ilk azan oxundu”, “ ilk namaz 24 iyulda qılınacaq” deyir. Əslində 30 ildir Aya Sofiyada gündə 5 dəfə azan oxunur. İçindəki Abdülməcid məscidində namaz da qılınır.

1991-ci ildən qapıda cədvəl var. “Aya Sofya qərarı yaxşımı, pismi” deyə sual vermək yerinə bunu soruşa bilərlər: “Bu qərarın hesabı nədir”. Burada bunu açıqlamam doğru olmaz. Bunun bizim üçün hesabı çox ağırdır, unutmayaq”. Əgər Aya Sofyadakı bu dəyişiklik ölkəmə, millətimə maddi-mənəvi zənginlik qatacaqsa, işsizin dərdinə dərman olacaqsa, ölkəmə hörmət qazandıracaqsa mən bu qərarın sonuna kimi arxasındayam”.

Səidə Vahid

AzNews.az