- Türkiyə
- 13 Avqust 2020 19:30
- 3 416
Türkiyədə universitetlər oktyabrın 1-dən sonra açılacaq
Məktəblərin normal qaydada açılması isə sentyabrın 21-ə planlaşdırılır
Türkiyədə ali məktəblərin yeni tədris ilinə başlaması oktyabrın 1-dən sonraya nəzərdə tutulub.
Bu barədə Türkiyə Ali Təhsil Şurasından bildirilib.
Qeyd olunub ki, yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar universitet yataqxanalarında tələbələrin sıx yerləşməməsi də nəzərə alınmaqla, universitetlərin 1 oktyabrdan sonra açılması tövsiyə olunub.
Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdindəki Elm Qurumunun tövsiyəsi ilə dünən Təhsil naziri Ziya Səlcuk bütün orta məktəblərdə dərslərin onlayn şəkildə avqustun 31-dən fəaliyyətə başlayacağını deyib. Məktəblərin normal qaydada açılması isə sentyabrın 21-ə planlaşdırılır. (APA)
AzNews.az