- Türkiyə
- 21 Avqust 2020 16:29
- 8 713
Ərdoğan müjdəni açıqladı

"Müjdəni sizinlə paylaşmaq istəyirəm"
“Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə gerçəkləşdirdi”.
AzNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan İstanbulda Dolmabahçe Prezident Sarayında çıxışında deyib.
“Biz həmişə əvvəlcə insan, dostluq-qardaşlıq dedik. Əvvəlcə, haqq, hüquq, ədalət dedik. İnsanlıq bizdə, neft onlarda qala bilər. İndi Allah bizim üçün görünməmiş bir sərvət qapısını açdı. Gələcəkdə bunun kimi qapılar başqa yerlərdə də üzümüzə açılacaq.
Əziz millətim, sevincimizi birlikdə yaşamaq üçün müjdəmi sizinlə paylaşmaq istəyirəm. Türkiyə tarixinin ən böyük təbii qaz yatağını Qara dənizdə gerçəkləşdirdi. Fateh kəşfiyyat gəmimiz iyulun 20-də başladığı kəşfiyyatda 320 milyard kubmetr təbii qaz rezervi kəşf edib. Hədəfimiz 2023-cü ildə Qara dəniz qazını millətimizə təqdim etməkdir.
Uzun illər xaricdən enerji asılılığının maddi və mənəvi problemlərindən əziyyət çəkən bir ölkə olaraq gələcəyimizə daha inamla baxacağımıza inanırıq”, - deyə Türkiyə Prezidenti bildirib.
Pərvanə