Türkiyə XİN Avropa Parlamentinin qətnaməsini pislədi

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin (AB) Şərqi Aralıq Dənizi ilə bağlı qətnaməsini pisləyən bəyanatla çıxış edib.

Bu barədə AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

“Avropa Parlamenti Baş Assambleyasının 17 sentyabr 2020-ci il tarixli Türkiyə ilə bağlı tövsiyəedici qətnaməsi faktlardan uzaqdır, AB üzvlərinin həmrəyliyi üçün qəbul edilib, bəzi üzv dövlətlərin mənafelərinə xidmət edir və bir çox münasibətlərdə qəbuledilməzdir”, - Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Türkiyənin Xarici İşlər Nazirliyi qeyd edib ki, Avropa Parlamenti qərəzli, haqsız mövqeyə və ona səlahiyyət verilməyən dəniz hüququnun əsassız, birtərəfli şərhlərinə görə öz nüfuzunu itirir.

"Nə Avropa parlamenti, nə Avropa Birliyi, nə Avropa Birliyinin üzv dövlətləri sərhədləri və üçüncü ölkələrin yurisdiksiyasını müəyyən etmək səlahiyyətinə malikdir", - nazirlik vurğulayıb.