Bu barədə qərarı Türkiyə Nazirlər Kabinetinin iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb Bu barədə qərarı Türkiyə Nazirlər Kabinetinin iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb

Türkiyədə sərtləşmə ilə bağlı yeni qərar elan olundu

Bu barədə qərarı Türkiyə Nazirlər Kabinetinin iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb

Türkiyədə koronavirusa yoluxma sayının artması ilə əlaqədar olaraq yenidən qabaqlayıcı tədbirlər planı çərçivəsində yenidən bəzi qadağalar tətbiq olunacaq.

AzNews.az xəbər verir ki, bu barədə qərarı Türkiyə Nazirlər Kabinetinin iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Belə ki, Türkiyədə yeni qərara əsasən:

Həftə içi hər gün saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan olunur. Cümə günü saat 21:00-dan bazar ertəsi 05:00-a qədər fasiləsiz olaraq küçəyə çıxmaq qadağan edilir.

Maska taxmaq, məsafə saxlamaq və digər sosial izolyasiya qaydalarına tam riayət olunmalıdır.

Uşaq bağçaları və buna bənzər təhsil müəssisələrinin fəaliyyəti dayandırılacaq.

İlkin olaraq gələn aydan etibarən tibb işçilərinə peyvəndlərin vurulmasına başlanılacaq.

Şənbə-bazar günləri evdən kənara çıxmaq olmaz. İstehsalat, təchizat, logistik, səhiyyə, kənd təsərrüfatı, meşə təsərrüfatı istisna olmaqla digər sahələr işləməyəcək. Market, qəssabxana və bu kimi xidmət sahələri fəaliyyət göstərəcək.

65 yaşdan yuxarı və 20 yaşdan kiçik şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.

Evlərdə şənlik və yas mərasimləri təşkil oluna bilməz. Hamam, sauna, idman salonları fəaliyyət göstərməyəcək.

Dövlət qurumlarının iş saatları 10:00-16:00 arası müəyyən olunacaq.

Yas mərasimlərində 30-dan çox insanın iştirakı qadağandır.

Qələbəlik prospekt və küçələrə daxil olacaq insanların sayı məhdudlaşdırılacaq.

Qərar sabahdan qüvvəyə minəcək.