Dekabrın 18-də Türkiyə vaxtı ilə saat 21:00-da qüvvəyə minən rejim dekabrın 21-də saat 05:00-da başa çatacaq Dekabrın 18-də Türkiyə vaxtı ilə saat 21:00-da qüvvəyə minən rejim dekabrın 21-də saat 05:00-da başa çatacaq

Türkiyədə 56 saatlıq “Evdə qal!” rejimi

Dekabrın 18-də Türkiyə vaxtı ilə saat 21:00-da qüvvəyə minən rejim dekabrın 21-də saat 05:00-da başa çatacaq

Türkiyədə koronavirusa yoluxma və gündəlik ölüm halındakı say artımı səbəbindən məhdudiyyətlərin tətbiqi davam edir.

AzNews.az xəbər verir ki, hökumətin riskləri azaltmaq məqsədilə tətbiq etdiyi növbəti həftəsonu 56 saatlıq “Evdə qal!” rejimi qüvvəyə minib. Dekabrın 18-də Türkiyə vaxtı ilə saat 21:00-da qüvvəyə minən rejim dekabrın 21-də saat 05:00-da başa çatacaq.

Qeyd edək ki, Türkiyə üzrə gündəlik tətbiq olunan “Evdə qal!” rejimi saat 21:00-dan 05:00-dək davam edir. Dekabrın 31-də isə bu rejim yerli vaxtla saat 21:00-dan başlayaraq dörd gün davam etməklə 2021-ci il yanvarın 4-də saat 05:00-dək qüvvədə olacaq. Yeni il şənlik və mərasimlərinin keçirilməsi nəzərdə tutulmur.