"İraqda, Suriyada, Liviyada, Qarabağda, indi isə Əfqanıstanda Türkiyə qədər heç bir ölkə fədakarlıq etmədi” "İraqda, Suriyada, Liviyada, Qarabağda, indi isə Əfqanıstanda Türkiyə qədər heç bir ölkə fədakarlıq etmədi”

“Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur” - Ərdoğan

"İraqda, Suriyada, Liviyada, Qarabağda, indi isə Əfqanıstanda Türkiyə qədər heç bir ölkə fədakarlıq etmədi”

“Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur. Daha öncə İraqda, Suriyada, Liviyada, Qarabağda, indi isə Əfqanıstanda Türkiyə qədər heç bir ölkə fədakarlıq etmədi”.

Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersin əhalisi ilə görüşündə çıxış edərkən deyib.

Ərdoğan deyib ki, qardaşlığın və insanlığın vəzifə borcu olaraq yerinə yetirilən bu humanst davranışlarını Türkiyə davam etdirsə də, miqrasiya məsələlərində bu məsuliyyəti tək daşımayacaq: “Türkiyə milyonlarca məzluma qucaq açdı. Mersin miqrant və terrora məruz qalan məzlumlara ən çox yer verən, böyük köç yükünü qəbul edən bölgələrimizdən biridir. Amma artıq köç yükü məsələsində Avropa ölkələri başda olmaqla digər çevrələrin daha real davranmalarının və faktiki addım atmalarının vaxtı gəlib. Biz humanizm prinisiplərimizi qorusaq da, artıq nə Mersinin, nə digər vilayətlərimizin köç məsuliyyəti altında qalmasına yol verməyəcəyik”.