- Türkiyə
- 19 Oktyabr 2022 17:45
- 4 920
Mustafa Varank israilli həmkarı ilə görüşüb

M.Varank görüşün iki ölkə arasındakı investisiya və ticarəti artırmaq üçün qarşılıqlı arzu və səmimiyyəti göstərdiyini qeyd edib
Türkiyənin sənayə və texnologiya naziri Mustafa Varank İsrailin iqtisadiyyat və sənaye naziri Orna Barbivai ilə görüşüb.
AzNews.az xəbər verir ki, görüşdə İsrailin Ankaradakı səfiri İrit Lilianla ticarət nümayəndəsi Ohad Kohen də iştirak edib.
İclasda sənayə və texnologiya başda olmaqla iqtisadi sahədə əlaqələri gücləndirəcək mövzular müzakirə edilib, Avropa İttifaqı proqramlarına müraciətlərdə iş birliyi mövzularına toxunulub.
Nazir Türkiyə ilə İsrail arasındakı ortaqlığın sadəcə iki ölkə üçün deyil, regionun rifahı üçün də əhəmiyyətli olduğunu vurğulayıb. M. Varank görüşün iki ölkə arasındakı investisiya və ticarəti artırmaq üçün qarşılıqlı arzu və səmimiyyəti göstərdiyini qeyd edib.
Pərvanə