Türkiyənin Şırnak vilayətində terrorist həbs edildi

Türkiyənin Şırnak vilayətində PKK terror qruplaşmasının üzvü “Canfeda Alman” kod adlı Azad Öngüç həbs edilib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polislər tərəfindən onun bir tırın içində gizlənərək Türkiyə ərazisinə keçdiyi müəyyən edilib.

Saxlanılan şəxsin 30 mart 2018-ci il tarixində Siyirtdə 7 nəfərin öldüyü, 12 nəfərin yaralandığı terror hadisəsində iştirak etdiyi məlum olub.

Pərvanə