Qaziantepdə baş verən qəzada 10 yaşlı uşaq dünyasını dəyişib

Türkiyənin Şanlıurfa şəhərindən Qaziantep istiqamətində hərəkət edən avtomobil qarşıda gedən yük maşınına çırpılıb

AzNews.az xəbər verir ki, qəzada 10 yaşlı qız ölüb, 2 nəfər isə ağır yaralanıb.

Hadisə yerində jandarma qrupları tərəfindən təhlükəsizlik tədbirləri alınıb. Yaralılar hadisə yerinə çağırılan təcili yardım tərəfindən Qaziantepdəki xəstəxanalara aparılıb.

Ölən 10 yaşlı qızın meyiti yarılma üçün morqa aparılıb.

Pərvanə