Nazir: Avropanın Türkiyəyə ehtiyacı var

"Avropa ölkələri bizim 15 iyul 2016-cı ildə yaşadığımız çevriliş və terror hücumlarını xatırlayar, birgə mübarizə aparmalı olduğumuzu anlayar".

AzNews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Biz belə bir dövrdə Avropanın Türkiyəyə ehtiyacı var deyirik. Bu qətiyyən təkəbbürlü yanaşma deyil. Çünki bugün danışdığımız mövzularla bağlı ən təsirli mübarizə aparan ölkə Türkiyədir. Türkiyə Avropaya bu mənada ən çox töhfə verən ölkələrdəndir. Buna görə də biz avqust ayında keçirilən Səfirlər Konfransında qiymətləndirdik ki, yaşadığımız qitənin sabitliyi, sülhü və iqtisadi inkişafı üçün yenidən Avropaya diqqət yetirməliyik. Hazırda bu istiqamətdə işləyirik”, - deyə nazir bildirib.

Pərvanə